[4:20]
Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal
vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu
[4:21]
Siz onu necə geri ala bilərsiniz ki,
(vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.
[4:22]
Atalarınızın
evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!
[4:23]
Sizə analarınız, qızlarınız,
bacılarınız, bibiləriniz,
xalalarınız, qardaş və
bacılarınızın qizları, süd analarınız, süd
bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın
himayənizdə olan qızları
(ögey
qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir.
?z belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır.
Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür
işlər müstəsnadır. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!