[4:24]
(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı
(hökmü) ilə sizə (haram edildi).
Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol
vermədən, mallarınızı
sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (müt'ə) etdiyiniz
qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda
razılaşdığınız şeydən ötrü sizə heç bir günah
yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4:25]
İçinizdən azad mö'min
qadınlarla evlənməyə maddi imkanı olmayanlar
sahib olduğunuz (əllərinizin altında olan)
mö'min (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir.
Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə-hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış e'tiqad baxımından aralarında vəhdət, birlik mövcuddur.
Buna görə də cariyələrə həqarətlə baxmayın). İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası
olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada
verin! Əgər onlar (ərə getdikdən
sonra) zina edərlərsə, cəzaları azad
qadınlara verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəfvət üzündən) zina etməkdən qorxanlarınız
üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!
[4:26]
Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!