[4:27]
Allah
sizin tövbələrinizi qəbul etmək istəyir. ?z nəfsinə uyanlar isə sizi böyük
bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər.
[4:28]
Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəfvətini cilovlamaq və itaətin çətinliyinə dözmək
baxımından) zəif yaradılmışdır.
[4:29]
Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla,
bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü
öldürməyin! Həqiqətən, Allah sizə qarşı
mərhəmətlidir!
[4:30]
Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq.
Şübhəsiz ki, bu da Allah üçün çox
asandır!
[4:31]
Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik
günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.
[4:32]
Allahın
(maddi, yaxud mə'nəvi cəhətdən) birinizi digərindən ütün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın.
Kişilərin öz qazandıqlarından öz payı, qadınların
da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.
[4:33]
Ata-ana
və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün
varislər tə'yin etdik. And içib,
əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir!