[4:38]
?z
mallarını xalqa göstərmək (şöhrət qazanmaq)
xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla
yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!
[4:39]
Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır.
[4:40]
Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!
[4:41]
(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini)
bir şahid gətirəcəyimiz və səni
də onlara şahid tə'yin
edəcəyimiz zaman (kafirlərin
halı) nə cür olacaq?
[4:42]
O gün Allahı dananlar
və Peyğəmbərə asi
olanlar yerlə yeksan olmağı arzu edərlər və heç bir sözü Allahdan gizlədə bilməzlər!
[4:43]
Ey iman gətirənlər! Sərxoş
ikən nə dediyinizi anlamayana qədər və
cunub (murdar)
olduğunuz zaman - yol ötən
müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir
torpaqla təyəmmüm edin,
(ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!
[4:44]
(Ya Rəsulum!) Məgər sən kitabdan (Tövratdan) bir pay verilmiş oəanları (yəhudi alimlərini)
görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də (doğru) yoldan azmanızı istəyirlər?