[4:45]

Allah sizin düşmənlərinizi (sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah (sizə) kifayət edər!

[4:46]

Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tə'nə vurmaq məqsədilə (sənə qarşı): "Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina", - deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!",- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lə'nətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.

[4:47]

Ey kitab verilmiş kimsələr! Bə'zi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi, onlara da lə'nət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qur'ana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!

[4:48]

Şübhə yoxdur ki, Allah ?zünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.

[4:49]

(Ya Rəsulum!) ?zlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil). Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!

[4:50]

Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir!

[4:51]

(Ya Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay (az bir şey) verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta (bu adda iki bütə, yaxud Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün də: "Bunlar mö'minlərdən daha doğru yoldadırlar", - deyirlər.