[4:102]
(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz
qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə)
götürsünlər. (Namazlarını qılıb) səcdə edən
kimi sizin arxanıza (düşmənin
önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər
dəstə
arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat
vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin
silahlarınızdan və
mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman
silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah
kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!
[4:103]
Namazınızı
qıldıqdan sonra ayaq üstə olanda da,
uzananda da Allahı zikr edin,
arxayınlığa çixdıqda isə, namazı (öz qaydasınca) qılın! Cünki namaz mö'minlərə
bəlli vaxtlarda fərz (vacib) edilmişdir.
[4:104]
(Kafir) qövmü tə'qib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan
və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki
siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4:105]
(Ya Rəsulum!) Həqiqətən,
Biz sənə Qur'anı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə
insanlar arasında
hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma!