[4:106]
Allahdan
bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!
[4:107]
?zlərilə (bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!
[4:108]
Onlar
(xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən
sözləri ürəklərində tutduqda belə, yenə O
onların
yanındadır (Allah onları bilir). Allah onların nələr
etdiyini biləndir.
[4:109]
(Ey
xainləri müdafiə edənlər!) Budur, siz dünyada onlardan ötru (onların xeyrinə) mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla
mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil
olacaqdır?
[4:110]
Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan
bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.
[4:111]
Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir!
[4:112]
Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz
boynuna böhtan və
açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar).
[4:113]
(Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq
niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və
sənə
də heç bir zərər verə bilməzlər. Cünki Allah sənə Qur'anı və
hikməti nazil edərək bilmədiklərini
öyrətdi. Allahın sənə lütfü böyükdür!