[4:114]
Onların
gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə
verməyi, yaxud yaxşılıq etməyi və
ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!
[4:115]
Hər kəs özünə doğru yol
aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö'minlərdən qeyrisinin yoluna uyarsa,
onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də
pis yerdir.
[4:116]
Allah
Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar.
Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq
yoldan) çox azmışdır.
[4:117]
(Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana
ibadət edirlər.
[4:118]
Allah
ona (Şeytana) lə'nət etdi (rəhmətindən kənar edib dərgahından
qovdu). O isə dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam".
[4:119]
Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq,
heyvanlarının
qulaqlarını kəsməyi və Allahın
yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb
Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana
uğramışdır.
[4:120]
(Şeytan)
onlara (müşriklərə) və'dlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan və'dlər verir.
[4:121]
Onların
(Şeytana uyanların) yeri Cəhənnəmdir. Və
oradan xilas olmağa
çarə tapmazlar.