[4:122]
İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları)
altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın
haqq olan və'di üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan
kimdir?!
[4:123]
Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını
görəcək və o, Allahdan başqa
özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!
[4:124]
Mö'min
olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara
xurma çərdəyi qədər haqsızlıq edilməz!
[4:125]
Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən, İbrahimin
hənif millətinə (dininə) tabe olan şəxsdən din e'tibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (?zünə) dost tutmuşdur!
[4:126]
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər
şeyi (elmi və qüdrətilə)
ehtiva etmişdir.
[4:127]
(Ya Rəsulum!) Səndən qadınlar barəsində
fətva (əsasında hökm çıxarılan şər'i məsləhət) istəyirlər. De ki: "Onlar barəsində fətvanı sizə Allah və
Kitabdan (Qur'andan) sizə oxunan (ayələr) verir. Onlar
verilməsi vacib olanı (mirası) özlərinə
verməyərək evlənmək
istədiyiniz yetim qızlar
(qadınlar) və aciz uşaqlar
haqqında, həmçinin
yetimlərlə ədalətlə
rəftar etməniz barədə
olan ayələrdir".
Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!