[53:27]

Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia edərək) qadın adları verirlər.

[53:28]

Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!

[53:29]

Artıq (ya Peyğəmbər!) Bizim Qur'anımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!

[53:30]

Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır!

[53:31]

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!

[53:32]

(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. ?zünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!

[53:33]

(Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni,

[53:34]

Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni?

[53:35]

Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və'd etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi).

[53:36]

Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?!

[53:37]

Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi?!)

[53:38]

(Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır: ) "Heç bir günahkar başqasının günahına yüklənməz!

[53:39]

İnsana ancaq öz zəhməti (sə'yi, çalışması, əməli) qalar!

[53:40]

Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə'yi, əməli) görünəcəkdir!

[53:41]

Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!"

[53:42]

Həqiqətən, axır dönüş sənin Rəbbinədir!

[53:43]

Güldürən də, ağladan da Odur!

[53:44]

?ldürən də, dirildən də Odur!