i[59:17]
Onların
hər ikisinin (Şeytanla onun aldatdığı
adamın, eləcə də münafiqlərlə Bəni Nəzir qəbiləsinin) aqibəti cəhənnəm odu içində həmişəlik
qalmaqdır.
Zalımların (kafirlərin) cəzası budur!
[59:18]
Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə
hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
[59:19]
Allahı unutduları
üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa
düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!
[59:20]
Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır!
[59:21]
(Ya
Peyğəmbər!) Əgər Biz bu Qur'anı bir
dağa nazil etsəydik, sən onun Allahın qorxusundan
(kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun
öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.
[59:22]
O ?zündən başqa heç bir
tanrı olmayan, gizlini də, aşkarı
da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah
dünyada bütün bəndələrinə rəhm
edən Rəhman,
axirətdə isə
yalnız mö'minləri bağışlayan Rəhimdir!)
[59:23]
O ?zündən başqa heç bir
tanrı (mə'bud) olmayan, (bütün məxluqatın) ixtiyar
sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq
bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir
şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.
[59:24]
O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna)
ancaq Ona məxsusdur. Göylərdə və
yerdə nə varsa
(hamısı) Onu təqdis
edib şə'ninə tə'riflər deyər.
O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!